Cümə, 03 May

AAYDA sədri: "Azərbaycanda problemli yollar yoxdur, problemi ictimaiyyət yaradır"

image

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qalmaqallı çıxışı ilə yadda qalıb.

Xəbər verilir ki, agentliyin sədri ölkədə problemli yolların olmadığını, əksinə problemin ictimaiyyətdə olduğunu qeyd edib:

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yollar rayon mərkəzindən onun ərazisinə qədər verilir. Daxili yollar isə rayonların və yerli bələdiyyələrnin balansındadır. Bizə həmin rayonlardən sifarişlər verilir. Dövlət investisiya proqramında nəzərdə tutulan bütün yollar bu il də ayrılmış vəsait hesabına təmir edilir, ilin sonuna qədər təhvil veriləcək. O cümlədən, bu il Bakıda 361 km yolun təmiri nəzərdə tutulub. Bizdə problemli yollar yoxdur. Yollar təmir edilib, ancaq müəyyən hissəsi sıradan çıxa bilər. Problemi ictimaiyyət özü bilmədən yaradır. Azərbaycan dövlətinin qayğısı ilə son dövrlərdə 17 min km-dən çox yol tikilib, təhvil verilib. Burda problem nədən yarana bilər?!"

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15